"Vilyarreal" Türkiyədə məşq etməyəcək

10:31 - 27 Oktyabr 2020

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Vilyarreal"ı Türkiyədə Başakşehir Fatih Terim stadionunda qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, İspaniya təmsilçisi İstanbula oktyabrın 28-i axşam saatlarda eniş edəcək. Komanda oyunöncəsi son məşqini  öz bazasında edib yola düşəcək və İstanbulda məşq çıxmayacaq. Buna səbəb oyunun keçiriləcəyi stadionda 1 gün öncə Çempionlar Liqasının "Başakşehir" - PSJ matçının keçirilməsidir.
 

Xəbər xətti