Unay Emeri: "Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq"

22:08 - 28 Oktyabr 2020

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la oyundan öncə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bu gün İstanbulda keçirilən mətbuat konfransında bunları söyləyib

"İki cəbhədə davamlı uğurlar üçün əl-ələ verməyə çalışırıq. Performansı qorumaq baxımından bir az səy göstərməliyik. Komandanın inkişaf etdiyini görürəm. Sabah "Qarabağ" "Sivasspor" kimi oynayacaq. Heyətində müxtəlif ölkələrdən sürətli və təcrübəli futbolçular yer alır. Avropada oynamağa öyrəşmiş kollektivdi. Bir-birilərini yüksək səviyyədə başa düşürlər. Çətin oyun olacaq".

"Qarabağ" - "Vilyarreal" matçı sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

Xəbər xətti