Ronaldo koronavirusdan sağaldı

11:48 - 31 Oktyabr 2020

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilir ki, portuqaliyalı hücumçunun son koronavirus testinin nəticəsi mənfi olub və oyunçu karantindən çıxıb.

Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxmuşdu. Bu səbəbdən 35 yaşlı oyunçu bir neçə matç buraxmışdı.

Xəbər xətti