Premyer Liqada daha iki oyuna təyinatlar açıqlandı

23:48 - 20 Noyabr 2020

Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu üçün təyinatlar açıqlanıb.

Sportal.az xəbər verir ki, “Zirə” – “Keşlə” qarşılaşmasını FIFA referisi Əliyar Ağayev idarə edəcək.

“Qəbələ” – “Neftçi” matçı isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Azərbaycan Premyer Liqası
X tur

22 noyabr

14:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu.

16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu.

Xəbər xətti