“Sabah” – “Səbail” matçı nə vaxt keçiriləcək?

13:25 - 21 Noyabr 2020

Azərbaycan Premyer Liqasının X turunda bu gün keçirilməli olan "Sabah" - "Səbail" oyunu qonaq komandaya görə təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının açıqlamasında bəzi futbolçuların yenidən koronavirus testindən keçməli olduğu səbəb göstərilib. Bizdə olan məlumata görə, "Sabah"da belə oyunçu yoxdur. Bu klubda son test nəticələri hamısı mənfi çıxıb. "Səbail"də isə yoluxanlar var - həm klub işçiləri, həm futbolçular arasında.

 

Bu gün təkrar testin cavabları bəlli olacaq. Əgər, futbolçularda və klub işçilərinin test cavabları mənfi olarsa, təxirə salınmış görüş sabah keçiriləcək.


Qeyd edək ki, bir neçə gün öncə “Sabah”dan Təmkin Xəlilzadə, “Səbail”dən isə Kamal Qurbanov koronavirusa yoluxub.  

Xəbər xətti