Premyer Liqada üç oyunun hakimləri

00:30 - 29 Noyabr 2020

Azərbaycan Premyer Liqasında XI turun daha 3 oyunu üçün bütün təyinatlar açıqlanıb.

Sportal.az xəbər verir ki, noyabrın 29-da keçiriləcək “Keşlə” – “Sabah” matçı İnqilab Məmmədova, “Səbail” – “Qarabağ” görüşü Elçin Məsiyevə həvalə olunub.

Noyabrın 30-dakı “Sumqayıt” – “Qəbələ” qarşılaşmasını isə Rəhim Həsənov idarə edəcək.

Azərbaycan Premyer Liqası
XI tur
29 noyabr

14:00. “Keşlə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASK Arena”.

16:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”.

30 noyabr

16:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Sumqayıt. “Kapital Bank Arena”.

Xəbər xətti