"Qarabağ"ın yeganə problemi ev oyunlarını səfərdə keçirməsidi"

10:35 - 3 Dekabr 2020

"Makkabi"nin (Tel-Əviv)  baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la oyundan öncə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, yunanıstanlı mütəxəssis deyib:

"Bizi ağır qarşılaşma gözləyir. Rəqibin yeganə problemi ev oyunlarını səfərdə keçirməsidi. Buna baxmayaraq, yaxşı təşkilatlanmış və keyfiyyətli komandadı. "Qarabağ" baxımlı futbol göstərir. Çətin oyun olacağını gözləyirəm. Rəqibi analiz etmişik. Necə oynadıqlarını yaxşı bilirik. Nəyə qadir olduğumuzu bilirik. Yalnız oyun barədə düşünürük. Meydana çıxıb mübarizə aparmalıyıq. Ümid edirəm ki, nəticə bizim üçün qənaətbəxş olacaq".

Bu gün İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Xəbər xətti