UEFA finalların yerini açıqladı

12:55 - 4 Dekabr 2020

Dünən UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda qitəmiqyaslı futbol turnirləri ilə bağlı bir sıra qərarlar qəbul olunub.

UEFA Millətlər Liqasının 2020/21 mövsümünün final mərhələsi gələn ilin oktyabrında İtaliyada olacaq.

Mərasimdə 21 yaşadək futbolçular arasında AVRO-2023-ün meydan sahibi də rəsmiləşib. Yarışın final mərhələsi iki ölkədə keçiriləcək. Turnir Rumıniya və Gürcüstanda təşkil olunacaq.

2021-ci ilin yayından keçirilməyə başlayacaq qitənin 3-cü dərəcəli klub turnirinin – Konfrans Liqasının da ilk finalının yeri dəqiqləşib. İclasda qərara alınıb ki, 2022-ci ildəki final Albaniyada təşkil olunsun. Həlledici matç Tiranadakı Milli stadionda keçiriləcək.

Bu turnirdə Azərbaycanın üç klubu III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Xəbər xətti