La Liqada keçən ayın ən yaxşısı

10:38 - 5 Dekabr 2020

İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Sportal.az xəbər verir ki, bu ada “Atletiko”nun yarımmüdafiəçisi Joao Feliş layiq görülüb.

Keçən ay 3 matça çıxan 21 yaşlı oyunçu həmin qarşılaşmalarda 2 qol və 1 qolun ötürməsi ilə yadda qalıb.

Portuqaliyalı futbolçu “Atletiko”ya ötən il “Benfika”dan keçib. 

Xəbər xətti