Biliç Çin klubu ilə müqavilə imzaladı

11:28 - 6 Yanvar 2021

Son olaraq İngiltərənin "Vest Bromviç" klubunu çalışdıran Slaven Biliçin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək. Xorvatiyalı çalışdırıcı "Beytszin Qoan"la iki illik müqavilə imzalayıb.

 

Biliç "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem" kimi klubları çalışdırıb. O, 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib.

Xəbər xətti