"Samir Abasov karyeramda çox önəmli baş məşqçi olub" - Mirabdulla Abbasov

22:49 - 13 Yanvar 2021

"Neftçi"nin futbolçusu Mirabdulla Abbasov klubun televiziyasına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, yüksək səviyyədə toplanış keçdiklərini söyləyib:

 

"Məşqlərimiz yüksək səviyyədədir. Ümumiyyətlə toplanışda fiziki hazırlığa önəm veririk. Hər şey yaxşıdır və məşqlər normal keçir".

 

26 yaşlı hücumçu paytaxt təmsilçisinin yeni forvard axtarmasına da münasibət bildirib. Abbasov rəqabətə hər zaman hazır olduğunu söyləyib: "Həmişə demişəm ki, sağlam və güclü rəqiblə rəqabət hər bir oyunçu üçün yaxşıdı. Bu futbolçunun özünü daha da inkişaf etdirməsi üçün də şansdır".

 

Oyunçu komandanın baş məşqçisi Samir Abasovun onun karyerasına çox təsir etdiyini vurğulayıb: "İlin futbolçusu mükafatını alanda da demişdim ki, Samir Abasov məşqçi və insan kimi mənə çox uyğundu. Karyeramda çox önəmli baş məşqçi olub. İlk dəfə məni hücumçu mövqeyində oynadan mütəxəssisdir".

Xəbər xətti