Poçettinonun PSJ-də ilk titulu - VİDEO

12:48 - 14 Yanvar 2021

Fransa Super kubokunun qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həlledici matçda PSJ və "Marsel" qarşılaşıblar. 2:1 hesabı ilə qalib gələn Paris klubu ardıcıl 8-ci dəfə bu titula yiyələnib.

 

Bu, komandanın yeni baş məşqçisi Maurisio Poçettinonun PSJ-də qazandığı ilk titul olub. Argentinalı mütəxəssis karyerasında da ilk dəfə kubok qazanıb.

 

PSJ - "Marsel" - 2:1
Qollar:
Mauro İkardi, 39, Neymar, 85 (pen.) - Dmitri Payet, 89

 

Xəbər xətti