Türkiyə klubu Peru millisinin üzvünü göndərdi

12:26 - 18 Yanvar 2021

Türkiyənin "Yeni Malatyaspor" klubu perulu yarımmüdafiəçisi Kristian Kuevanın müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. 

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Braziliyanın "Santos" klubuna qayıdıb.

 

Kueva Super Liqa klubunda icarə əsasında çıxış edirdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.

 

"Santos" Peru millisinin üzvünü 2020-ci ilin yanvarında Rusiyanın "Krasnodar" klubundan 8 milyon avroya transfer edib.

Xəbər xətti