Ozan "Telstar"da debüt etdi

12:55 - 23 Yanvar 2021

“Sabah”ın “Telstar”a icarəyə verdiyi Ozan Can Kökçü yeni klubunda debüt edib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Niderland 2-ci liqasının 21-ci turunda “Alkmaar”ın gənclərdən ibarət komandasına qarşı keçirilən görüşdə meydana çıxıb.

 

Ozan 67-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

“Telstar” 32 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti