"Sevilya" argentinalı futbolçunun transferini açıqladı

00:12 - 27 Yanvar 2021

"Sevilya" "Atalanta"nın kapitanı Alexandro "Papu" Qomes transfer edib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Əndəlüslər təcrübəli oyunçunun keçidi üçün 5,5+3 milyon avro təzminat ödəyib.

 

Hücumameyilli yarımmüdafiəçi ötən mövsüm keçirdiyi 46 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə edib. 2014-cü ildən "Atalanta"da çıxış edən argentinalı oyunçu bu mövsüm meydana çıxdığı 16 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti