"Fənərbaxça" yeni transferini açıqladı

22:33 - 27 Yanvar 2021

"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin KPR klubunun sağ cinah vingeri Brayt Osayi-Samueli tranfer edib. Nigeriya əsilli ingilis futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu yeni komandasında 21 nömrəli formada çıxış edəcək.

 

"Bləkpul"un yetirməsi 2017-ci ildən KPR klubunda çıxış edirdi.

Xəbər xətti