"Barselona" "Sevilya" qarşısına 8 itki ilə çıxacaq

00:36 - 10 Fevral 2021

"Barselona" "Sevilya"ya ilə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçına ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Miralem Pyaniç, Serjinyo Dest və Martin Breytveyt zədə səbəbindən oynaya bilməyəcək.

 

Jerar Pike, Serxio Roberto, Ansu Fati, Filippe Koutinyo və Ronald Arauxonun eyni səbəbdən görüşdə iştirak etməyəcəkləri öncəədn məlum idi.

 

Fevralın 10-da keçiriləcək "Sevilya" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti