"Lester Siti" "Beşiktaş"dan 7 milyon avro tələb etdi

10:10 - 21 Fevral 2021

İngiltərənin "Lester Siti" klubu "Beşiktaş"a icarəyə verdiyi Rəşid Gözəli qarşı tərəfə birdəfəlik satmağa hazırdır.

 

Sportal.az xəbər verir ki, "tülkülər" əlcəzairli futbolçunun transferi üçün 7 milyon avro tələb edir. "Qara qartallar" 28 yaşlı oyunçunun birdəfəlik transferi üçün hələ ki Premyer Liqa klubuna müraciət etməyib.

 

"Lester Siti" Rəşidi 2018-ci ildə "Monako"dan 14 milyon avroya transfer edib. Gözəl bu mövsüm Super Liqada keçirdiyi 17 oyunda 1 qol vurub, 10 məhsuldar ötürmə edib.

Xəbər xətti