Super Liqa klubu sabiq "Qarabağ"lıya həvalə edildi

18:51 - 24 Fevral 2021

"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, rumıniyalı baş məşqçisi Dan Petresku ilə yollarını ayıran Super Liqa təmsilçisini bundan sonra Uğur Kulaksız çalışdıracaq. O, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.

 

Uğur Kulaksız Dan Petreskunun təyinatından sonra onun köməkçisi kimi çalışırdı. Mütəxəssis 2011-2012-ci illər aralığında “Qarabağ”ın futbol akademiyasında da çalışıb.

 

"Kayserispor" bu mövsüm Super Liqada keçirdiyi 25 oyuna 25 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti