"Mançester Siti"dən "Barselona"ya keçəcək - Qvardiola açılqadı

15:42 - 1 Mart 2021

"Mançester Siti" müdafiəçisi Erik Qarsiya ilə yollarını ayıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib. O bildirib ki, 20 yaşlı futbolçu karyerasını "Barselona"da davam etdirəcək. İspaniyalı oyunçu yayda katalonlarla 5 illik müqavilə imzalayacaq.

 

Qarsiyanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatır. O, 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından Mançester təmsilçisinə keçib. İspaniyalı futbolçu bu mövsüm əsas komandada 9 oyun keçirib.

Xəbər xətti