"Şalke"də yunan baş məşqçi

11:40 - 3 Mart 2021

“Şalke”nin yeni baş məşçqisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Dimitrios Qrammozis çalışdıracaq. 42 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

 

Yunanıstanlı mütəxəssis bu postda bir neçə gün öncə istefaya göndərilən Kristian Qrossu əvəz edib.

 

“Şalke” Bundesliqada 23 turdan sonra 9 xal toplayıb və son pillədə qərarlaşıb.

Xəbər xətti