Milli Moldovaya cavab matçında da 5 top vurdu

22:41 - 9 Mart 2021

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki,  3-cü qrupda yer alan yığmamız Moldovanın qonağı olub. Çoresku şəhərindəki "FMF Arena"da oynanılan görüş yığmamızın qəəbəsi ilə başa çatıb - 5:3.

 

Bu komandalar arasında Bakıdakı ilk qarşılaşmada da millimiz qalib gəlmişdi - 5:1.

 

4 oyundan sonra Azərbaycan yığması 12 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun komandası bu qələbə ilə qrupda ilk iki yerdən birini təmin edib.

 

Moldova - Azərbaycan - 3:5

Qollar: Adrian Laşku, 31, Sergey Nikolayçuk, 36, Andrey Neqara, 37 - Hadi Ahmedi, 7, Vassura, 37, 23, Ramiz Çovdarov, 28, Yulian Kojokaru, 35 (avtoqol)
Hakimlər: Damian Qrabovski, Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova)
Çoresku, "FMF Arena"

Xəbər xətti