"Super Liqada oynayacaq futbolçular millidən kənar qalacaq" - Norveçdən açıqlama

17:17 - 19 Aprel 2021

Norveç Futbol Federaisyasının prezidenti Terye Svendsen yeni yaradılmış yeni yaradılmış Avropa Super Liqası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qurum rəsmisi UEFA və FIFA-nı dəstəklədiklərini bildirib:

 

"Biz UEFA-nın tərəfindəyik. Qitə qurumu buna qarşı ciddi adımlar atmalıdır və turnirə qatılacaq klublar bütün yarışlardan uzaqlaşdırılmalıdır. Avropa Super Liqası futbolun ruhu və ehtirasına ziddir. Bu turnirdə iştirak edəcək futbolçular Norveç millisinə çağırılmayacaqlar".

 

Qitənin 12 klubu Avropa Super Liqasında oynamağa razılaşıb. “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları turnirdə iştirak edəcəklərini açıqlayıblar.

 

Xəbər xətti