"Reşford və Sançonu oyuna salmaq qumar idi" - Qaret Sautqeyt

11:59 - 12 İyul 2021

"Penalti seçimi mənimdir. Reşford, Sanço və ya Sakanın deyil"

 

Sportal.az xəbər verir ki, bu fikirləri İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt səsləndirib. 50 yaşlı mütəxəssis məşqlərə əsasən belə qərar verdiyini bildirib:

 

"Məşqlərdə etdiyimiz çalışmalar nəticəsində belə ardıcıllığa qərar verdik. Markus Reşford və Ceydon Sançonu oyuna salmaq bir qumar idi. Amma bu qumarı daha erkən oynasaydıq, bəlkə də əlavə vəxtda məğlub ola biklərdik".

 

Qeyd edək ki, Avropa çempionatının finalında İtaliyaya penaltilər seriyasında məğlub olan İngiltərədə Markus Reşford, Ceydon Sanço və Bukayo Saka penalti zərbəsindən yararlana bilməyib.

Xəbər xətti