"Keşlə"nin rəqibi çempionata məğlubiyyətlə başladı

23:36 - 26 İyul 2021

Futbol üzrə Rusiya çempionatında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Soçi” də yeni mövsümdə ilk matçına çıxıb. 

 

Təmsilçimizin rəqibi səfərdə “Nijni Novqorod”la qarşılaşıb. "Soçi" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

 

Qeyd edək ki, “Keşlə” səfərdə baş tutan ilk oyunda bu rəqibinə 0:3 hesabıyla məğlub olub. Cavab qarşılaşması iyulun 29-da Bakıda keçiriləcək.

Xəbər xətti