"Neftçi"yə qol vuran: "Asan olmayan mərhələni keçdik"

12:27 - 29 İyul 2021

“Olimpiakos”un yarımmüdafiəçisi Giorgos Masuras Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qalib gəldikləri oyun barədə danışıb.

 

Sportal.az xəbər verir ki, yunan komandasının Bakıdakı yeganə qolunun müəllifi olan Masuras matçla bağlı bunları deyib:

 


“Nəhayət ki, hər şey yaxşıdı. Biz asan olmayan mərhələni keçdik. Böyük məqsədlərimizin arxasınca gedirik. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Çünki buna buna layiqik”.

Xəbər xətti