Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan ayrılan Çağatay Kurukalıpı transfer edib. 19 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Türkiyə U-21 millisinin üzvü olan Kurukalıp Super Liqada forma şansı qazanmayıb. O, Türkiyə kubokunda 7 qarşılaşmada meydana çıxıb.