"Barselona" - Messi danışıqlarında şok - klubda qalmaq ehtimalı yoxdu

20:37 - 5 Avqust 2021

"Barselona" ilə müqaviləsi başa çatan Lionel Messi klubla yeni sözləşmə imzalamayıb.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduzla Kataloniya təmsilçisi arasında yeni müqavilə ilə bağlı danışıqlar zamanı problem yaranıb. Bir neçə gün əvvələ kimi tərəflərin anlaşacağı gözlənilsə də, son anda hər şey dəyişib.

 

"Marca" nəşrinin yazdığına görə yeni müqavilə ilə bağlı görüşmələr zamanı tərəflər arasında iplər qopma nöqtəsinə gəlib. Hətta Messinin "Barselona"da qalmaq ehtimalının olmadığı bildirilir. O, rəhbərliyə klubda qalmayacağını deyib.

 

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında oynayır. 34 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi iyun ayında bitib.

Xəbər xətti