Messi "Barselona"dan ayrıldı - RƏSMİ

22:03 - 5 Avqust 2021

Lionel Messi "Barselona"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı açıqlama yayıb. Açıqlamada deyilir:

 

"Messi ilə anlaşma əldə edilməsinə rəğmən, La Liqa rəhbərliyinin iqtisadi əngəlləri səbəbindən anlaşma rəsmiləşmir. Bu durumla qarşı-qarşıya qalan Messi "Barselona"da qalmağa davam etməyəcək.

 

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edir. Argentinalı ulduz Kataloniya klubu ilə 10 La Liqa çempionluğu, 4 Çempionlar Liqası, 8 İspaniya Super Kuboku, 7 İspaniya Kral Kuboku qazanıb.

Xəbər xətti