Voleybol millimiz Niderlanda uduzdu

10:38 - 7 Avqust 2021

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Macarıstanda təşkil olunmuş beynəlxalq “Savaria” turniri çərçivəsində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yığmamız ikinci görüşünü Niderlanda qarşı keçirib.

 

Oyun Niderland yığmasının qələbəsiylə başa çatıb – 3:0 (25:14, 25:13, 25:16).

 

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda ev sahibi Macarıstana da 2:3 hesabıyla uduzmuşdu. Yığmamız 7-də Çexiya ilə üz-üzə gələcək.

Xəbər xətti