Almaniya millisini daşıyan təyyarə təcili eniş etdi

13:27 - 9 Sentyabr 2021

Almaniya millisini İslandiyanın paytaxtı Reykyavikdən Frankfurta aparan təyyarə gecə Şotlandiyanın Edinburq şəhərinə təcili eniş edib.

 

Sportal.az xəbər verir ki, təyyarənin göyərtəsində baş vermiş qəza vəziyyəti təcili enişə səbəb olub.

 

Qeyd edək ki, Almaniya yığması DÇ-2022-nin seçmə mərhələsində İslandiyanı 4:0 hesabıyla məğlub edib.

Xəbər xətti