David Luisin yeni klubu müəyyənləşdi

13:20 - 11 Sentyabr 2021

"Arsenal"dan ayrılan braziliyalı futbolçu David Luis karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Flamenqo" ilə anlaşıb. O, 2022-ci ilin sonunadək bu komandanın formasını geyinəcək.

David Luis ötən mövsüm London təmsilçisinin heyətində 30 oyuna çıxıb və 2 qol vurub.

Xəbər xətti