"Beşiktaş"da "Borussiya" ilə oyun öncəsi iki ciddi itki

17:48 - 12 Sentyabr 2021

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Borussiya" ilə qarşılaşacaq "Beşiktaş"da ciddi itkilər var.

 

Sportal.az xəbər verir ki, komandanın iki üzvü - Domaqoy Vida və Aleş Teyşera Dortmund təmsilçisinə qarşı oynamayacaqlar. Onlar Super Liqanın 4-cü turunda "Yeni Malatyaspor"la görüşdə zədələniblər.

 

"Beşiktaş" - "Borussiya" matçı sentyabrın 15-i Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Xəbər xətti