İtaliya klubunun baş məşqçisi müəyyənləşdi

12:22 - 15 Sentyabr 2021

İtaliyanın "Verona" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi baş məşqçi postuna İqor Tüdoru gətirib. Xorvatiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İqor Tüdor son olaraq "Yuventus"da Andrea Pirlonun köməkçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, "Verona" dünən komandanın uğursuz çıxışına görə Eusebio Di Françesko ilə yolları ayırmışdı.

Xəbər xətti