"Yuventus"un aparıcı üzvləri qayıtdı

17:55 - 16 Sentyabr 2021

"Yuventus"un yarımmüdafiəçiləri Federiko Kyeza və Federiko Bernardeski zədələrini sağaldıb.

Sportal.az xəbər verir ki, onlar komanda ilə ümumi məşqlərə başlayıblar.

Bildirilib ki, hər iki oyunçu İtaliya A seriyasında "Milan"la matça kimi forma bərpa etməyə vaxt tapacaqlar.

​Xatırladaq ki, "Yuventus" - "Milan" görüşü sentyabrın 19-u keçiriləcək.

Xəbər xətti