Rodriqes Yunanıstana üz tutdu

13:16 - 18 Sentyabr 2021

Yunanıstanın "Olimpiakos" klubu heyətinə yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Pirey təmsilçisi Qarri Rodriqesi rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kape Verde millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Qalatasaray" və "Fənərbaxça"da oynamış 30 yaşlı vingerin son klubu "Əl-İttihad" olub.

Xəbər xətti