Mahir Polşa Ekstraklasasında ilk qolunu vurdu - VİDEO

Polşa Ekstraklasasında 8-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Mahir Emrelinin komandası "Legiya" "Qurnik"i qəbul edib və qalib gəlib - 3:1. Mahir matçın 46-cı dəqiqəsində Tomaş Pekhartın əvəzinə meydan daxil olub.

 

O, 79-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, Emrelinin Polşa çempionatında ilk qoludur. 24 yaşlı hücumçu buna qədər Çempionlar Liqasında 2, Avropa Liqasında 3 və Polşa super kubokunda 1 qol vurmağı bacarsa da, çempionatda rəqib qapılarına yol tapa bilməmişdi.

 

"Legiya"  bu nəticədən sonra 9 xalla 12-ci pillədə qərarlaşıb. 

 

Tarix: 19 Sentyabr [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio