Mahir Emrelinin baş məşqçisi ilə bağlı yeni qərar

19:48 - 23 Sentyabr 2021

Mahir Emrelinin çıxış etdiyi “Legiya” baş məşqçisi Çeslav Mixneviçin müqaviləsini uzadacaq.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisinin sahibi Dariuş Mioduski 51 yaşlı mütəxəssisin işindən razı olduğunu və onunla yola davam edəcəklərini deyib.

 

2020-ci ilin yayından “Legiya”nı çalışdıran Çeslav Mixneviçin müqavilə müddəti mövsümün sonuna qədərdir.

Xəbər xətti