Canni De Byazinin U-21 yığmamızın nəticəsindən xəbəri yoxdu?

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Serbiya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç və U-16 yığmamızın çalışdırıcısı Miloş Velebitlə münasibətindən danışıb: “Milanla çox yaxşı işlədik. Finlandiya üzərindəki son qələbəsi onun futbolçularla yaxşı iş birliyinin olmasından xəbər verir. Onun yetirmələri tezliklə əsas komanda üçün hazır olacaq. Miloşa gəldikdə, onunla da yaxşı işbirliyimiz oldu. Amma biz bir-birimizi AFFA-dakı iş binasında görürük”.

Xatırladaq ki, əslində U-21 yığmamız Finlandiya ilə görüşdə 1:1 bərabərə qalıb. (kurir.rs)

Tarix: 12 Oktyabr [12:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio