Ukraynalı forvard: "Qarabağ"da oynamaq istəyərdim"

15:28 - 13 Oktyabr 2021

"Azərbaycandan təklif almamışam. Amma oradakı çıxışımı yaxşı xatırlayıram. Əsas komandada oynasaydım, orada qalardım. Sadəcə aşağı liqada oynamaq istəmirdim".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq üzvü Yaroslav Deda deyib.

Hazırda Ukraynada "Karpatı Qalıç” klubunda oynayan forvard vaxtilə “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında oynayıb. Bununla yanaşı əsas komandaya da cəlb edilirdi.

Ukraynalı hücumçu yenidən Azərbaycana qayıtmağın əlehinə olmadığını söyləyib: “Düzünü desəm, Azərbaycana qayıtmağın əlehinə deyiləm. Amma baxır hansı komandaya. Əlbəttə ki, “Qarabağ”da oynamaq istəyərdim. Həyatdı, öncədən heç kim nəyin necə olacağını bilmir. Zaman göstərəcək hər şeyi, bəlkə alındı hər şey”.

​22 yaşlı hücumçu “Qarabağ”dan ayrıldıqdan sonra “Karpatı”(Lvov) klubunda da oynayıb.

Xəbər xətti