Yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

15:46 - 18 Oktyabr 2021

Oktyabrın 24-də Serbiyanın paytaxtı Belqradda start götürəcək boks üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, 14 gün davam edəcək yarışda Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mübarizə aparacaq.

 

Oktyabrın 21-də səfərə yollanacaq Azərbaycan millisi təlim-məşq toplanışını son günədək davam etdirəcək.

 

İlk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2 600 000 dollar mükafatı fondu olacaq mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

Xəbər xətti