Azərbaycanlı futbolçu Ukrayna klubunda dubl etdi

12:52 - 27 Oktyabr 2021

Futbol üzrə Ukranya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin çıxış etdiyi "Aleksandriya" "Metallist 1925"lə qarşılaşıb. Həmyerlimizin komandası 5:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

 

Emil Musayev bu oyunda dublla yadda qalıb. 20 yaşlı yarımmüdafiəçi komandasının ilk iki qolunun müəllifi olub.

 

Qeyd edək ki, 2018-ci ildən "Aleksandriya"da çıxış edən Emil Mustafayev əsas komandada 3 oyuna çıxıb.

Xəbər xətti