Avropa Liqasında 16 oyun

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, 8 qrupda ümumilikdə 16 matç oynanılacaq.

 

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Napoli"ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

 

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" evdə  "Lokomotiv"lə (Moskva) qarşılaşacaq. "Fənərbaxça" isə "Antverpen"in qonağı olacaq.

 

A qrupunda "Lion"u "Sparta"ya (Praqa), H qrupunda isə "Vest Hem" "Genk"ə qalib gələrsə, pley-off-a yüksələcək.

 

4 noyabr

Avropa Liqasının qrup mərhələsi, 4-cü tur

A qrupu
21:45. "Bröndbü" (Danimarka) - "Reyncers" (Şotlandiya)
21:45. "Lion" (Fransa) - "Sparta" (Praqa, Çexiya)

Xal durumu: "Lion" - 9, "Sparta" - 4, "Reyncers" - 3, "Bröndbü" - 1.

 

B qrupu
21:45. "Monako" (Fransa) - PSV (Eyndhoven, Niderland)
21:45. "Real Sosyedad" (İspaniya) - "Şturm" (Qrats, Avstriya)

Xal durumu: "Monako" - 7, "Real Sosyedad" - 5, PSV - 4, "Şturm" - 0.

 

C qrupu
21:45. "Legiya" (Polşa) - "Napoli" (İtaliya)
00:00. "Lester" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya)

Xal durumu: "Legiya" - 6, "Napoli" - 4, "Lester" - 4, "Spartak" - 3.

 

D qrupu
21:45. "Olimpiakos" (Yunanıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya)
00:00. "Antverpen" (Belçika) - "Fənərbağça" (Türkiyə)

Xal durumu: "Ayntraxt" - 7, "Olimpiakos" - 6, "Fənərbağça" - 2 , "Antverpen" - 1

 

E qrupu
21:45. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)
00:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya)

Xal durumu: "Qalatasaray" - 7, "Latsio" - 4, "Marsel" - 3, "Lokomotiv" - 1.

 

F qrupu
00:00. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Midtüllan" (Danimarka)
00:00. "Braqa" (Portuqaliya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

Xal durumu: "Srvena Zvezda" - 7, "Braqa" - 6, "Midtüllan" - 2, "Lüdoqorets" - 1.

 

G qrupu
00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Betis" (İspaniya)
00:00. "Ferentsvaroş" (Macarıstan) - "Seltik" (Şotlandiya)

Xal durumu: "Bayer" - 7, "Betis" - 7, "Seltik" - 3 "Ferentsvaroş" - 0

 

H qrupu
21:45. "Genk" (Belçika) - "Vest Hem" (İngiltərə)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rapid" (Vyana, Avstriya)

Xal durumu: "Vest Hem" - 9, "Dinamo" - 3, "Rapid" - 3, "Genk" - 3.

Tarix: 4 Noyabr [10:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Avqust 2022
12  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio