"Qarabağ"ın Azərbaycanda və Konfrans Liqasında uğurlarının sirri..." - MÜSAHİBƏ

“Qəbələ”nin müdafiəçisi Ruan Renato Sportal.az saytına müsahibə verib. Braziliyalı futbolçu komandasının Premyer Liqanın 11-ci turundakı “Sumqayıt” üzərindəki qələbəsi və mövsümdəki məqsədlərindən söz açıb.

- “Sumqayıt”a qarşı matçda 2: 1 hesabı ilə qalib gəldiniz. Görüş sənin üçün necə yadda qaldı?
- Çox xoşbəxtik. Çünki “Sumqayıt” kimi komanda ilə qarşılaşmağın, qələbə qazanmağın nə qədər çətin olduğunu bilirik. Azarkeşlərimizin sevincini görmək çox sevindiricidi.

- Birinci hissədə o qədər də yaxşı oynamadığınızı demək olar. Fasilə zamanı nəyi dəyişdiniz?
- Birinci hissədə oyun balanslı keçdi. Fasilədə baş məşqçimiz bizi hansı mövqeləri inkişaf etdirə biləcəyimizi göstərdi və komanda bunu etdi. Əlimizdə olan qol imkanlarından yararlana bildik.

- “Qəbələ”nin ilk qolunu Ülvi İsgəndərov sonradan meydana daxil olaraq vurdu. Komanda yoldaşının daim meydana sonradan daxil olaraq qol vurmasında sirr nədədi? 
- Ülvi sensasiyalı futbolçudu, o, bizə çox kömək olub. Həqiqətən də qeyri-adi bitirici oyunçudu. Hər zaman yaxşı mövqe tutur və hər zaman qol vurmağa can atır. Meydana sonradan girib qol vurması, onun hər zaman diqqətini çox cəmləyən və qol vurmaq üçün çox da şansa ehtiyac duymayan oyunçu olduğunu göstərir. Ümid edirəm ki, o, hər oyunda inkişaf etməyə davam edib, bizə də kömək etməyə davam edəcək.

- “Qəbələ” hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Cari mövsüm artıq 11 rəsmi oyunda meydana çıxmısan və “Qəbələ”nin gücünə bələdsən. Səncə, komandan mövsümü hansı mərhələdə başa vura bilər?
-  Qarşımıza məqsəd qoyuruq ki, oyundan-oyuna növbəti oyunu fikirləşək. Çempionatın daha da çətinləşdiyini bilirik. Komandalar artıq bir-birini tanıyır, ona görə də hər oyunda yeni bir şey təqdim etmək üçün daim inkişaf etməliyik.

- Növbəti turda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Həmin oyunda komandanın qalib gəlmək şansı nə qədərdi?
- Bilirik ki, “Qarabağ” əla komandadı. Onları məğlub etmək çox çətindi. Amma çempionatın gedişində onları da məğlub etməyin mümkün olduğunu görmüşük. Həftəiçi oyuna yaxşı hazırlaşacağıq. Ki, “Qarabağ”a qarşı ideal oynayaq və azarkeşlərimizin də dəstəyilə qalib gələk.

- “Qarabağ”ın Konfrans Liqasındakı çıxışını izləyirsən? Onlar artıq qrupdan çıxmağı bacarıb...
- Əlbəttə ki, “Qarabağ”ı izləyirəm, əla komandadı. Mənim üçün onların uğuru oyunda göstərdikləri intensivlikdən irəli gəlir. İstər top onlardadı, ya yox, daim intensivdilər. Əla futbolçuları var. Mənə görə "Qarabağ"ın Azərbaycanda və Konfrans Liqasında uğurlarının sirri ondadır ki, onlar bir komanda kimi oynayır, hamısı eyni məqsəd üçün birləşib oynayır. 

- Dostun Ramon Maçado ilə Azərbaycan Premyer Liqasından, onun komandasının durumunun hazırda yaxşı olmamasından danışırsız?
- Bəli, Ramonla danışıram. “Neftçi”nin əla komandası var. Hamımız da bilirik ki, müəyyən müddət sonra onlar yenə də qalib gəlməyə başlayacaq. Amma mən Ramonla daha çox onun durumu haqda danışıram. Şadam ki, Ramon qollarını vurub “Neftçi”yə kömək edir. Onun “Neftçi”yə gəldiyi vaxtda müəyyən inamsızlıq var idi. Amma inanıram ki, bu geridə qalıb və hər oyun o, “Neftçi” formasını geyinmək potensialında olduğunu göstərir.

Tarix: 23 Noyabr [15:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio