"Neftçi"nin Müşahidə Şurası Samir Abasovla bağlı qərar verdi

Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, onlayn şəkildə təşkil olunmuş iclasda komandanın son nəticələri və baş məşqçi Samir Abasovla hazırkı durum müzakirə edilib.

 

Sonra Müşahidə Şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər. Sonda baş məşqçiyə dəstək verən üzvlər Samir Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

Tarix: 24 Noyabr [20:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio