"Qızıl top”a layiq görülən Lionel Messi mükafat uğrunda mübarizədə 2-ci olan “Bavariya”nın oyunçusu Robert Levandovski haqda danışıb. 
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu polşalı hücumçuya “Qızıl top”u qazanmağa layiq olduğunu deyib:  "Sən “Qızıl top”a layiqsən. Hamı razıdır ki, mükafatı keçən il sən qazanmalı idin".
Ötən il koronavirus pandemiyası səbəbindən “Qızıl top” mükafatı heç kimə verilməmişdi.
 
      
                    