"Qəbələ" Antalyada 3 oyun keçirəcək

13:30 - 27 Dekabr 2021

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 2021/22 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək. Elmar Baxşıyevin komandası bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcək. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.

 

“Qəbələ” yanvarın 15-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı olacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək. Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.

Xəbər xətti