Asiya Çempionlar Liqasında oynayacaq azərbaycanlı: "Xoşbəxtəm"

10:22 - 13 Yanvar 2022

Karyerasını Nepalda davam etdirən Nurlan Novruzov Sportal.az saytına açıqlama verib.

Azərbaycanlı forvard "Maçxindra"dakı çıxışından danışıb.

Bununla yanaşı o, Asiya Çempionlar Liqasında çıxış edəcək komandası barədə də bunları deyib: "Bəli, Asiya Çempionlar Liqasında oynayacağıq. Bu həftə çempionatda oyunumuz var. Bundan sonra da ilk dövrə bitir. Bir az istirahət edəcəyik və daha sonra Asiya kubokunda matçlara çıxacağıq.

Həm komandamın heyətində Nepal çempionu olmaq istəyirəm, həm də Asiya Çempionlar Liqasında çıxış etmək niyyətindəyəm. Üstəlik, bu komandada oynamaq ürəyimcədi. Nepal çempionatında əsas məqsədimiz çempionluqdu. Çempionlar Liqasında nə qədər mərhələ keçə bilsək, xeyrimizədi. Bu turnirdə azərbaycanlı futbolçu ölkəmi təmsil edəcəyimə görə də xoşbəxtəm".

“Nepala gəlməmişdən əvvəl Malayziya klubdan təklif almışdım. Amma bu sezon da qalacam Nepalda” deyə, Novruzov fikirlərini yekunlaşdırıb. 

Xəbər xətti