Renat Dadaşov: "Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik"

11:31 - 13 Yanvar 2022

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Portuqaliya kubokunda “Tondela”ya “Rio Ave”(1:0) ilə matçda qələbə qazandırıb.

Sportal.az xəbər verir ki, matçın qəhramanı olan Dadaşov yerli mətbuata görüşlə bağlı danışıb:

“Əvvəlcədən də oyunun çox çətin keçəcəyini bilirdik. Çünki səfərdə çox güclü rəqibə qarşı oynayırdıq. Amma biz səbirli oynadıq. Xoşbəxtlikdən topa ilk toxunuşumla qol vurdum. 

Komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki onlar olmazsa, qol vura bilməzdim. Biz bir komandayıq, ailəyik və hazırda yarımfinaldayıq. Xəyalımız finala çıxmaqdı. Qarşıda 2 oyunumuz var, biri evdə, digəri səfərdə. Finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

​Xatırladaq ki, “Tondela” yarımfinalda “Portimonense” – “Mafra” matçının qalibi ilə oynayacaq. 

 

Xəbər xətti