Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna start verilib.
Sportal.az xəbər verir ki, Kabo Verde millisi Burkina Fasoya minimal hesabla uduzub.
"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin də iştirak etdiyi görüşdə qapılara yalnız 1 qol vurulub.
Matça start heyətində başlayan Andrade 73-cü dəqiqədə əvəzlənib.
Afrika Millətlər Kuboku
13 yanvar
A qrupu
Kabo Verde – Burkina Faso 0:1
Qol: Bande, 39